Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

0

  •         03.06.2019-cu il tarixdə Xocalı rayonu üzrə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunmuş tədbirlər keçirilib.
         Keçirilmiş tədbirlərdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ziyalıları iştirak ediblər.
         Körpələri təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi gününün tarixçəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və bildirib ki, bu gün ölkəmizdə uşaq hüquqlarının qorunması, onların gələcəkdə sağlam, təhlükəsiz həyat şəraiti ilə təmin olunması dövlətimizin ən prioritet istiqaməti kimi ön plana çəkilmişdir.
         Daha sonra körpə fidanlar hazırladıqları şeirləri, mahnıları və səhnəcikləri qonaqlara təqdim edilib.
         Sonda isə Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov cənabları öz sovqatları ilə körpələri bir daha təbrik edib və onların hər birinin gələcəkdə Vətənimiz, cəmiyyətimiz üçün xeyirli övlad olmalarını arzulayıb.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib44 dəfə
    1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

    Maraqlı gələ bilər
    0
    49
    162